Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.
DQİDK-nin Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 9-da İtaliyaya yola düşən Mübariz Qurbanlı dekabrın 10-da Roma şəhərində konfransda iştirak edəcək.
Belə ki, Azərbaycan – İtaliya Parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə dekabrın 10-da Roma şəhərində Azərbaycan Respublikasının Milli Məclisi və İtaliya Senatı tərəfindən "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçiriləcək. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda "İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edəcək.
Konfransda Azərbaycan, İtaliya, Papa Dövləti və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də Elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.