İŞİD terror təşkilatının qrupları İsrail kəşfiyyatı tərəfindən hazırlanır. 

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Rusiya prezidenti Vladimir Putinin müşaviri Aleksandr Proxanov çıxış edib.

İranın Press TV kanalına verdiyi açıqlamasında Proxanov bildirib ki, İŞİD rəhbərliyi "Mossad" tərəfindən kəşfiyyat mövzusunda öyrədilir. Onun sözlərinə görə, İŞİD-in silahlı qrupları da "Mossad"dan hərbi təlim alır. Rus səlahiyyətlisi İŞİD-in ABŞ-ın Yaxın Şərq siyasətinin bir elementi kimi qiymətləndirib: "İŞİD ABŞ-ın əlində olan bir vasitədir. ABŞ Avropaya İŞİD vasitəsi ilə mesaj verir ki, əgər biz müdaxilə etməsək İŞİD sizə zərər verəcək". 

İŞİD-in əsas hədəfinin Rusiya və İran olduğunu bildirən Proxanov ABŞ və İsrailin terroru dəstəklədiyini bildirib: "Onlar ötən günlərdə Çeçenistanda bizə hücum etdilər. Ayrıca onların ideologiyasında İranda ya da Yaxın Şərqdəki digər müsəlman ölkələrdə olan İslam dininin ənənələri ilə əlaqəli heç bir şey yoxdur".