Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin noyabr ayında dövlət büdcəsinə 142 milyon 373 min manat vəsait ödəyib.
Mia.az Socar.az-a istinadən xəbər verir ki, 2014-cü ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 706 milyon 921 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 219 milyon 509 min manat və ya 114,8 faiz çox olub: "Bundan əlavə, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 618 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 129 milyon 534 min manat təşkil edib".