Müğənni Elnarə Xəlilova istirahət gününü teatrda keçirib.
Ötən gün o, Akademik Milli Dram Teatrında "Xanuma” tamaşasını izləyib. Səhnə əsərini həyat yoldaşı Rövşən Cahangirovla seyr edən Elnarə təəssüratlarını "Twitter" səhifəsində paylaşıb: "Bu gün Akademik Milli Dram Teatrında "Xanuma" tamaşasına baxdıq. Tamaşadan böyük zövq aldıq. Bütün yaradıcı heyətə əhsən!!!”.
Tamaşadan sonra səhnə arxasına keçən müğənni aktyorları təbrik edib, onlarla tamaşa haqqında fikirlərini bölüşüb.