Naxçıvan Muxtar Respublikasının "Naxtel” CDMA standartlı simsiz rabitə operatoru bütün Azərbaycan ərazisində xidmət göstərməyəcək.
Mia.az xəbər verir ki, bunu Trend-a Naxçıvanın Rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov deyib. O, bildirib ki, şirkətin prioritet planı Muxtar Respublikada LTE şəbəkəsinin yerləşdirilməsidir: "Operatorun bütün Azərbaycan ərazisində xidmət göstərəcəyi haqqında gedən söhbətlər həqiqətə uyğun deyil, və xidmət, əvvəlki kimi, Naxçıvan Muxtar Respublikasının ərazisində göstəriləcəkdir”.