Bakının mərkəzində daha bir yol bağlanır. "Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Fətəli xan Xoyski küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Məhdudiyyətə səbəb piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir. Yol bu gün saat 22:00-dan etibarən bağlı olacaq. 

Sürücülərə alternativ olaraq Akademik Həsən Əliyev küçəsindən istifadə etmələri tövsiyə olunur.