Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir dekabrın 2-də NATO-nun Əfqanıstan üzrə xarici işlər nazirləri səviyyəsində NATO-nun mənzil-qərargahında keçiriləcək iclasında iştirak edəcək.

İclasda E. Məmmədyarovun çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.