ABŞ Senatında Azərbaycanda yeni səfirin namizədliyinin təsdiqlənməsi məsələsi üzrə dinləmələrin vaxtı açıqlanıb.
ANS TV-nin məlumatına görə, dinləmələr dekabrın 4-də olacaq. Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı sonuncu səfiri Riçard Morninqstar olub. O, bir müddət öncə səlahiyyət müddəti bitdiyi üçün ABŞ-a geri qayıdıb.