Müsavat partiyasının narazılarından ibarət İşçi Qrupu dekabrın 14-nə təyin edilən mitinqlə bağlı qərar qəbul edib.
Bu haqda AzNews.az-a Müsavat partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib.
Onun sözlərinə görə, mitinqlə bağlı qərar noyabırın 29-da keçirilən narazılardan ibarət İşçi Qrupunun iclasında qərar verilib: "İclasda partiyadaxili münasibətlər, İkram İsrafilin Divan bəyanatı və İşçi Qrupunun mitinqdə iştirak edib-etməmək məsələləri müzakirə olundu. Birmənalı şəkildə mitinqdə iştirakla bağlı qərar verildi”.
E.Məmmədli onu da vurğulayıb ki, narazıların fraksiya məsələsi hələ də İşçi Qrupunun gündəmindədir:"Qərar verildi ki, bununla bağlı müzakirələr aparılsın”.
Müsavat partiyasının üzvü Tural Abbaslıisə AzNews.az-a açıqlamasında bildirib ki, İşçi Qrupu fraksiyanın ilkin sənədinin hazırlanması qərarını verib:"İclasda Müsavatın son Ümumrespublika müşavirəsi müzakirə olundu və dəyərləndirildi. Fraksiya quruculuğu üzrə geniş müzakirə aparıldı. Və qərara alındı ki, 3-cü gün keçiriləcək İşçi Qrupunun iclasına fraksiyanın ilkin sənədi hazırlansın və müzakirəyə çıxarılsın”.
Arif Hacılıya qarşı fraksiyanın yaradılmasına – Qərar verildi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51