Prezident İlham Əliyev Rumıniya Respublikasının prezidenti Trayan Beseskunya təbrik məktubu ünvanlayıb
Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı təbrik məktubunda Rumıniya Respublikasının milli bayramı – Birlik günü münasibətilə bütün Ruminya xalqını səmimi qəlbdən təbrik edib:
"Azərbaycan ilə Rumıniya arasındakı münasibətlər bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq əlaqələri bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün əlverişli zəmindir.
Ümidvaram ki, Azərbaycan-Rumıniya dostluğu, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və genişlənəcək.
Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah arzulayıram".