"İndiyədək bələdiyyə üzvlüyünə 37 232 nəfərin namizədliyi qeydə alınıb”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.


MSK sədri bildirib ki, qeydə alınan namizədlərdən 113 nəfəri könüllü şəkildə namizədlikdən imtina edib: "Beləliklə də, hazırda qeydə alınan namizədlərin sayı 37 232 nəfər təşkil edir”.

Qeyd edək ki, namizədlərin qeydiyyatı proseduru 29 noyabr 18:00-da başa çatır. Seçki dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək.