Futbol üzrə Azərbaycan yığmasının baş məşqçi postuna namizəd olan xorvatiyalı mütəxəssis Robert Prosineçki "Qarabağ"ın Fransa "Sent-Etyen"i ilə səfər oyunundan sonra fikirlərini açıqlayıb. 

Mia.az "Azerisport"a istinadən xəbər verir ki, o, 1:1 hesablı nəticəni belə şərh edib:

"Yaxşı nəticədi. Fransadan bir xalla qayıtmaq asan məsələ deyil. Amma "Qarabağ" buna nail olmağı bacardı. Özü də bunu yaxşı futbol sərgiləməklə etdi. Ağdamlılar meydanda yaxşı mübarizə apardılar. Bu oyun mənə çox şey verdi"