Çili yüksək liqasında keçirilən "San Markos" - "Deportes İquique" matçında xoşagəlməz hadisə yaşanıb.
Qol.Az-ın məlumatına görə, oyun qonaq azarkeşlərin irqçi davranışları səbəbindən təxirə salınıb.
Matçın 45-ci dəqiqəsində hesabı açan Renteria qonaq azarkeşlərin irqçi təhqirlərinə məruz qalıb. Görüşün baş hakimi Julio Baskunan irqçi təhqirlərin artması səbəbindən 70-ci dəqiqədə meydançanı tərk edərək oyunun təxirə salındığını elan edib.
Çili Futbol Federasiyasındən verilən açıqlamada hakimin raportu təhlil edildikdən sonra oyunla bağlı qərar veriləcəyi açıqlanıb.