Terror təşkilatı İŞİD bu dəfə homoseksualların qanını töküb.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, İŞİD döyüşçüləri bu dəfə homoseksual olan iki nəfəri daşlayaraq öldürüb. Daşlanma Kobaninin mərkəzində gerçəkləşib.
 
Öldürülən gənclərin hər ikisinin 20 yaşı olub.
 
İnsan Hüquqları təşkilatları İŞİD-in ilk dəfə homoseksual öldürdüyünü açıqlayıblar.