İŞİD terror təşkilatı dünən Kərkükün cənubuna hücum edib.
AzNews.az xəbər verir ki, nəticədə 150 yaraqlı öldürülüb. Döyüşlərdə 7 peşmərgə də həyatını itirib.
Ağır silahların istifadə edildiyi dünənki qarşıdurmada üstünlük peşmərgə tərəfində olub.
Peşmərgə Nazirliyinin verdiyi açıqlamada 7 peşmərgənin ölüm faktı təsdiqlənib.
Əməliyyatda İŞİD-in 20-dən çox bomba yüklü CİP-i ələ keçirilib.