İranda səfərdə olan baş nazirin müavini Əli Həsənov "İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının sədrilə görüşüb. 

ANS TV-nin mlumatına görə, beynəlxalq təşkilatın yeni layihələrilə tanış olub. Əli Həsənovun İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, koperasiya və əmək naziri Əli Rəbbie və vitse-prezidentlərlə də görüşü nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə ediləcək.