"Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması vurulmuş helikopterin ekipaj üzvlərinin cəsədlərini götürməyə imkan vermir".

Bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb. 

Həmsədr tərəfləri qarşılıqlı dialoqa və diplomatiyaya çağırıb.

Qeyd edək ki, Müdafiə Nazirliyindən bildirilib ki, helikopterdəki cəsədlər yalnız bir halda - Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasından sonra mümkün ola bilər(anspress).