Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı partiyadan istefa verib.
Bu barədə musavat.com-a açıqlama verən Əlövsət Talışxanlı bildirib ki, onun istefasına səbəb partiyanın Divanının bugünkü toplantısında ona töhmət verilməsidir.
Talışxanlı bu qərarın ədalətsiz olduğunu bildirib və istefa verməklə həmin qərara etiraz etdiyini qeyd edib.
Qeyd edək ki, Müsavat Divanının bugünkü iclasında Səxavət Əlisoy partiyadan çıxarılıb, Əlövsət Talışxanlıya isə töhmət verilib.