Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat alıb.
AFFA-dan verilən məlumata görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində noyabrın 26-da baş tutacaq "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.oyun Sankt-Peterburq şəhərindəki Petrovski stadionunda keçiriləcək.
Qeyd edək ki, gənc Azərbaycanlı hakim Orxan Hüseynzadə bundan öncə Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də, Astanada Qazaxıstan - Çexiya oyununun UEFA nümayəndəsi olub.