AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandası ilə görüş keçirib. 

Bu barədə AFFA-nın rəsmi saytında bildirilib. 

R.Abdullayev Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da "Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.