Azərbaycanın hava məkanını pozaraq təxribat xarakterli uçuşlar həyata keçirən Ermənistana məxsus "Mi-24” tipli helikopterin vurulması ilə bağlı məlumatlar Fransa mətbuatında da yayılıb.

"Le Fiqaro” qəzetində bu hadisə ilə bağlı dərc edilmiş yazıda Ermənistana məxsus helikopterin Azərbaycanın hava məkanını pozduğuna görə vurulduğu qeyd edilib. Yazıda Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir(AzərTAc).