Kuba inqilabının liderlərindən olan Çe Gevaranın 47 ildən sonra yeni şəkilləri ortaya çıxıb. 

ANS PRESS-in məlumatına görə, Çe Gevara Latın Amerikada inqilab ideayasını reallaşdırmaq üçün Cənubi Amerikaya getmişdi.

O, Kuba səhiyyə naziri kreslosunu buraxaraq partizan mübarizəsinə başlamışdı. O, 1967-ci il tarixdə Boliviya ordusu tərəfindən öldürüldü. 

Onun ölümündən sonrakı bəzi fotoşəkilləri ilk dəfə nümayiş olunub. Şəkli fransız xəbər agentliyi AFP-nin Bolivya foto müxbiri Mark Hutten çəkib. Morqda Çenin fotoşəkillərini çəkən müxbir Boliviya məmurlarınan şəkilləri əlindən alacağından qorxub. Onları Boliviyada missionerlik edən Luis Kuarteroya verib. 1967-ci ildə Bolivyadan ölkəsi İspaniyaya dönən missioner Luis Kuartero şəkilləri özü ilə gətirib. Onun bacısı oğlu İmanol Arteqa şəkilləri indi təqdim edib. AFP-dən Silvain Estibal fransız foto müxbiri Mark Huttenin Çe Gevaranın cansız bədəninin fotoşəkillərini çəkdiyini təsdiqləyib.