Noyabrın 12-də Amerikanın paytaxtı Vaşinqtonda Azərbaycan-Amerika Alyansının təşkil etdiyi gecə baş tutub.
Axşam.az-ın məlumatına görə, ölkəmizin mədəniyyətinin təbliği məqsədilə keçirilən mərasimdə əməkdar artist Abbas Bağırov, Tünzalə Ağayeva, şoumen Murad Dadaşov və bir sıra sənətçilər iştirak edib.
Tədbirə 500-dən çox xarici qonaq qatılıb. Hazırda ABŞ-da yaşayan aparıcı Səxavət Nur da gecədə iştirak edib.
Qeyd edək ki, Azərbaycan-Amerika Alyans təşkilatının prezidenti iş adamı Anar Məmmədovdur.




