Türkiyənin İstanbul şəhərində gənclər ABŞ-ın USS Ross hərbi gəmisinin əsgərlərinə hücum ediblər. 

"Qafqazinfo" lifenews.ru-ya istinadən xəbər verir ki, sözügedən aktivistlər küçədə əsgərlərə yaxınlaşaraq onları təhqir ediblər. Onlar "Yox olsun ABŞ imperializmi!" şüarını səsləndiriblər. Hərbiçilərin üstünə qırmızı boya tökərək onları qatil adlandırıblar: 

"Özünüzü əsgər kimi təqdim edirsiz, bizim üçün siz qatilsiz. Rədd olun bizim torpaqlardan".

Qeyd edək ki, 11 il bundan əvvəl İraqda Birləşmiş Ştatların Aviadesant xidməti Türkiyə Silahlı Qüvvələr qərargahına basqın etmişdi. Hazırda hadisə polis əməkdaşları tərəfindən araşdırılır.