Azərbaycanın baş naziri Artur Rasizadə daha bir qərar imzalayıb.

Bununla da "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edilib.

 Dəyişikliyə əsasən, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına tətbiq edilən uçuş tarifi üzrə güzəştlərdə yaş həddi aşağı endirilib. Belə ki, indiyədək I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) 30 manat məbləğində güzəşt nəzərdə tutulurdu. Dəyişikliklə güzəşt tətbiq edilən uşaqların yaş həddi 5-dən 2-yə (2-12 yaş) endirilib. Dəyişiklik 2014-cü il 15 noyabr tarixindən qüvvəyə minir.