Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun Əməliyyat Planlaşdırma Prosesi" mövzusunda təlim kursu keçirilir.
Mia.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, kursda Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını təkmilləşdirəcəklər: "Təlim zamanı NATO mütəxəssisləri tərəfindən əməliyyat planlaşdırma prosesi barədə dinləyicilərin məlumatlandırılması, strateji mühitin qiymət¬ləndirilməsi, əməliyyat planının və müvafiq sənədlərin hazırlanması ilə bağlı məlumatların verilməsi nəzərdə tutulub".
Təlim kursu noyabrın 14-də başa çatacaqdır.
|
