Azərbaycan ordusunun zabiti Ramil Səfərovun qızının fotoları yayılıb.
Sevginin yeni şəkilləri sosial şəbəkədə paylaşılıb. Mia.az ailem.az-a istinadla həmin fotoları təqdim edir.
R.Səfərovun qızı bu il may ayının 28-də Respublika Günündə dünyaya gəlib.
Xatırladaq ki, Ramil Səfərov 2012-ci il oktyabrın 9-da evlənib. 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib.
Daha sonra prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.


