İŞİD lideri Əbubəkr əl-Bağdadi hər kəsi ölümünə inandırmaqla diqqətləri özündən yayındırmaq istəyir.
ANS PRESS-in məlumatına görə, İngiltərənin "Daily Mail” qəzeti bu ehtimalın gerçək olmasını yüksək hesab edir. Belə ki, qəzet hesab edir ki, Bağdadinin ölümü barədə məlumat verən "Twitter" hesabları saxta oduğundan İŞİD liderinin ölməsinə inanmaq çox çətindir.
Qeyd edək ki, İraq kəşfiyyatı İŞİD liderinin bombardman nəticəsində ağır yaralandığını və Suriyaya aparıldığını bildirib. Ancaq bu məlumat da inandırıcı deyil. Əvvəlcə İŞİD liderinin komandirlərlə toplantı zamanı bombardmana məruz qaldığı bildirilsə də, sonradan onun avtomobil karvanına raket zərbəsi endirildiyi xəbəri yayıldı.
ABŞ da İŞİD liderinin ölməsini təsdiq etmir. Hərçənd İŞİD-ə yaxın olduğu ehtimal olunan media və sosial şəbəkələrdəki saxta profillər "xəlifə"nin öldüyünü bəyan edirlər.
"Daily Mail”dəki məqalədə deyilir ki, İŞİD lideri Əbubəkir Əl Bağdadi ölümü ilə hər kəsi aldadıb və əsas məqsədi ABŞ-ı öldüyünə inandırmaqdır:
Bağdadi "Homeland” adlı bir televiziya serialında olduğu kimi özünün ölüm planını hazırlayıb və bütün dünyanı öldüyünə inandırıb.
İŞİD lideri ilə bağlı şok iddia - Bağdadi ölüm planı hazırlayıb
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50