İŞİD-ə yaxın qaynaqlar Əbubəkr Bağdadinin hava hücumu nəticəsində həlak olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, koalisiya güclərinin hava hücumu nəticəsində Bağdadinin yaralandığı bildirilmişdi. Terror təşkilatın sözcüsü Əbu Məhəmməd əl-Adnani Twitter hesabında Bağdadinin yaralandığını, ancaq vəziyyətinin yaxşı olduğunu bildirmişdi: «Xəlifənin ölməsi ilə xilafətin sonunu çatdığını düşünürsünüz?»

Bu gün isə artıq Bağdadinin və onun sağ qolu sayılan Abdülrəhman Ələfərinin öldüyü təsdiqlənib.

İŞİD-ə yaxın Twitter hesabında məsələ ilə əlaqədar «Əbubəkr Bağdadinin ölüdürlməsi ilə bağlı detalları paylaşacağıq və qıza zamanda yeni bir xəlifə namsizədi müəyyənləşdirəcəyik», deyə bildirilib.

Reuters-in İraq Dövlət Televiziyasına istinadən məlumatına görə, İŞİD lideri İraqın Fəllucə şəhərində hava əməliyyatları zamanı həlak olub.

ABŞ Müdafiə Nazirliyinin sözcüsü Stiven Varren isə Bağdadinin vəziyyətindən xəbərsiz olduğunu bəyan edib(FaktXəbər).