Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, bu gün saat 13:00-dan 14:30-dək Şamaxı rayonunun bir hissəsinə, saat 11:00-dan 17:00-dək isə İmişli, Saatlı rayonlarına və Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.