"Mən düşmənlərimin nəfəsini də yığıram, vergülünü də. Ona görə düz eləyib mənimlə danışmırlar.”

Bu sözləri xalq artisti Flora Kərimova ANS TV-nin efirində yayımlanan "Bir gün" verilişində deyib.

Müğənni xanım köhnə "düşmənlər”inə söz atıb: "Mənim Faiq Ağayev, İlhamə Quliyeva, Sərxan Kərəmoğlu (aparıcı ilə də qalmaqalı olub - red.) və s. rəflərim var. Aparıcı Sərxan Kərəmoğlunun ”mənim rəfim ordan hələ çıxmayıb?!” sualını verib. Müğənni isə ”yox hər ehtimala qarşı, heç kəsə inanmıram, o dünyaya, bu dünyaya inanmıram. Elə ki, kimsə özünü sərbəst aparır və mənə qarşı nəsə etmək istəyir, həmin dosyanı çıxarıram”. 
Xatırladaq ki, Flora Kərimova ilə adıçəkilən həmkarları illərdir ki, küsülüdürlər.