Azad Suriya Ordusuna bağlı hərbi birləşmələr İŞİD komandirləridən birini yaxalaya biliblər. 

ANS PRESS-in məlumatına görə, Abdulhadi Ubeyd adlı komandir dağıntılar altından 
çıxarılıb. 

Onu tutan əsgərlər komandirdən Kobanidə nə iş gördüyün soruşublar. Qorxuya üşən İŞİD komandiri isə öz növbəsində bu suala gülünc cavab verib- "Vallah bilmirəm". 

Bundan başqa toqquşmalara zamanı Azad Suriya Ordusuna bağlı Şəms əl Şemel adlı dəstə Şərq istiqamətindən bölgəyə girməyə çalışan 11 İŞİD üzvünü zərərsizləşdirib. 

Qarşıdurmaların davam etdiyi və İŞİD-in Şərq cəbhə komandirinin də əsir alındığını vurğulanıb. 

Peşmergə qüvvələri isə terror təşkilatına qarşı hücumlarını artırdığını elan edib.