Maliyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən "Başak-İnam” sığorta şirkətinin lisenziyasını dayandırıb.

Buna səbəb şirkətin lisenziya almaq üçün tələb olunan minimum kapitala sahib olmamasıdır: "Kapitalının minimum məbləği məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş səviyyəyə uyğun olmadığı üçün "Başak- İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 04 noyabr 2014-cü il tarixdən dayandırılmışdır”.

Xatırladaq ki, "Başak-İnam Sığorta Şirkəti” ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən "Başak Sığorta” AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Azərbaycan Beynəlxalq Bankı” ASC, "Turanbank" ASC, "Aqrar-Kredit” SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM” təkrarsığorta şirkətinin ortaqlığı ilə təsis edilib.

Şirkətlə ilk olaraq bu ortaqlığa "Azər Türk Bank" ASC qoşulub. 2003-cü ildə isə "Azərbaycan Beynəlxalq Bankı” ASC özünün Beynəlxalq sığorta şirkətini yaradıb və "Başak-İnam”ın təsisçiliyindən çıxıb.

axar.az