Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) modernləşdirilməsinə 1 milyard manat vəsait sərf edilməsi nəticəsində ölkənin 2030-cu ilədək "Avro-5” standartı ilə yüksək oktanlı benzinə olan tələbatı ödəniləcək.

AzərTAc xəbər verir ki, bu bərədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində məlumat verib.

ARDNŞ-in prezidenti qeyd edib ki, zavodda daha 8 yeni qurğu quraşdırılaraq müəssisənin istehsal gücünün 3 milyon ton benzinə qədər çatdırılması nəzərdə tutulub: "Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi üzrə yeni neft emalı zavodunun inşasının 2023-2030-cu illərdə həyata keçirilməsi artıq hökumətlə razılaşdırılıb”.