Azərbaycanın tanınmış müxalifət partiyalarından istefalar davam edir. 

Azinform.az-ın xəbərinə görə, növbəti istefa Azərbaycan Milli İstiqlal Partuyasından olub. 1998-ci ildən partiyanın üzvü olan Nağıyev Elçin Həmid oğlu partiya sıralarından istefa verib. Sözügedən şəxs AMİP-in Gəncə şəhər təşkilatının fəallarından sayılırdı. 

Qeyd edək ki, Nağıyev Elşin həm də tanınmış həkimdir. 

Məlumatı dəqiqləşdirmək üçün Elçin həkimin özü ilə əlaqə saxladıq. O, istefa verdiyini təsdiləsə də, əlavə heç bir şərh vermək istəmədi.