İŞİD yaraqlıları Suriyanın Kobani şəhərindən geri çəkilməyə başlayıb

150 kürd peşmərgə ilə Azad Suriya Ordusunun 200 yaraqlısının YPG-yə dəstək verməsindən sonra Kobaniyə nəzarət kürdlərin əlinə keçib.

Artıq Kobani şəhərində İŞİD yaraqlılarının küçə-küçə geri oturdulduğu deyilir. Hətta, Kobaninin ətrafında olan 10 kənddən də terror qrupunun üzvlərinin kənara çıxdığı bildirilir. 

Uzun müddətdir ki, Kobanini ələ keçirmək üçün davamlı hücumlar edən İŞİD-in mövqeləri dünən gecə ABŞ-ın liderliyində olan koalisiyanın döyüş təyyarələri tərəfindən vurulub.

Bu zaman ən azından 24 İŞİD üzvünün öldürüldüyü, çox sayda cihadçının isə yaralandığını açıqlanıb.(AzNews.az)