PKK-nın Türkiyə ərazisindəki gənclər təşkilatı YDG – H-yə (Yurdsevər İnqilabçı Gənclər Hərəkatı) göndərilməsi planlaşdırılan "Kalaşnikov” avtomatları ələ keçirilib.
ANS PRESS-in məlumatına görə, Şırnak vilayəti Jandarm Komandanlığının keçirdiyi kəşfiyyat əməliyyatı nəticəsində PKK-nın Şimali İraqdakı düşərgələrindən Şırnakın Cizrə və İdil rayonlarındakı YDG – H-yə silah göndərilməsi aşkar edilib.
Silahların Türkiyəyə girdiyini müəyyən edən jandarm qrupları Cizre ilə İdilliya rayonları arasında çöllük sahədə keçirdiyi əməliyyatda 48 ədəd "Kalaşnikov” avtomatı ilə minaatan sursatları ələ keçirib.
Silah və sursatlarla bağlı 2 nəfər də yaxalanıb. Jandarm hadisə ilə bağlı istintaqı davam etdirir.