"Bu cür məğlubiyyətə layiq deyildik. İstanbuldakı oyundan sonra çox çalışmışdıq, oyuna yaxşı hazırlaşmışıdıq. Ancaq gözləmədiyim məğlubiyyətlə üzləşdik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qalatasaray”ın baş məşqçisi Çezare Prandelli Dortmund "Borussiya”sına məğlub olduqları oyundan (1:4) sonra keçirdiyi mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis azarkeşlərin onun ünvnına istefa şüarları səsləndirməsinə də münasibət bildirib: "Bu oyunda bütün gücümüzü ortaya qoyduq. Bilirəm, səhvlərimiz də var. İşimizə davam edirik. İstefa haqda düşünmürəm”.
Prandelli qeyd edib ki, əsas hədəfləri superliqanın qalibi olmaqdır: "Ötən mövümslə müqayisədə hazırki heyətimiz zəifdir. Onsuz da əsas hədəfimiz superliqanın qalibi olmaqdır”.