İxtiyar ƏSGƏROV

***

“Sumqayıt” başbilənləri hər ev oyunundan 2-3 gün öncə azarkeşləri stadiona çağırıb, komandaya dəstək olmalarını xahiş edir.

Təsəvvür edin, Misli Premyer Liqasının V turunda keçirilən “Turan Tovuz” - “Səbail” matçına 5500, “Sumqayıt”ın isə öz meydanında keçirdiyi son 3 oyununa 4150 azarkeş gəlib.

Dördüncü ev oyununda bu rəqəmin 5500-ü keçəcəyi çətin görünür.

Aradakı fərqə baxın...

Çox da populyar olmayan, hansısa toy müğənnisi “Sumqayıt”ın oyunundan əvvəl stadionda 2-3 mahnı oxusa, daha çox azarkeş gələr.

Riad Rəfiyev yarıtmaz idarəçiliyi ilə komandanı elə günə qoyub ki, o boyda şəhərdə toy müğənnisi qədər hörməti, nüfuzu yoxdu.

Yoxsa İlqar Qurbanovu “incik” salmaqla deyil ki...

P.S.Yazı müəllifin Feysbuk-dakə səhifəsindən yayılıb.

MİA.AZ