Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət edib.
Bu barədə Publika.az-a Ə.Ömərov özü məlumat verib. Müraciət ərizəsini bu gün yazdığını vurğulayan Ə.Ömərov deyib ki, məktubda YAP-a üzv qəbul edilməsi ilə bağlı xahiş edib: "Məktubumda Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevdən xahiş etdim ki, "91-lərdən” olduğumu nəzərə alaraq, partiyanın müvafiq orqanlarına üzv qəbul olunmağıma köməklik göstərsin”.
Xatırladaq ki, Ə.Ömərov YAP-a üzv olmaq istəyi barədə ilk açıqlamasını ötən gün Publika.az-a müsahibəsində dilə gətirib.