Bu gun Yunanıstanın Azərbaycandaki səfiri Dimitrios G. Tsoungas ilə BMAM sədri Rufiz Qonaqov və Mərkəz üzvləri ilə görüşüb.
BMAM-dan Mia.az-a daxil olan məlumata görə, görüşdə hər iki ölkənin Vətəndaş Cəmiyyətlərinin hazırki vəziyyəti, Azərbaycan və Yunanıstan QHT-ləri arasında əməkdaşlıq prespektivləri və digər vacib məsələlər ətrafında muzakirə olub.
BMAM sədri Rufiz Qonaqov Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin bu sahədə gördüyü işlərdən və nəzərdə tutulan tədbirlərdən danişaraq, Azərbaycan Vətəndaş Cemiyyətinin Avropa və beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Eyni zamanda, R.Qonaqov hal hazırda Azərbaycan Vətəndaş Cəmiyyətinin kifayət qədər güclü olduğunu səfirin diqqətinə çatdırıb.
Səfir Dimitrios G. Tsoungas görüşdən məmnun olduğunu bildirərək,Yunanıstan və Azərbaycan Vətəndaş Cəmiyyətləri arasında əməkdaşlıq təşəbbüsünu alqışladığını , beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Yunanıstan səfiri eyni zamanda, BMAM və Yunanıstanın eyni missiyali təşkilatları arasında əlaqələrin yaranmasında hər cürə dəstək verə biləcəyini bildirib.
Görüşdə, eyni zamanda, Beynəlxalq Münasibətlərinin Araşdırılması Mərkəzinin xarici əlaqələr sektorunun mudir müavini Esmira Həmzəbəyova və sədrin müşaviri Əzizağa Heydərov iştirak edib.
