Dövlət Neft Şirkəti ixrac etdiyi neft məhsulları ilə bağlı məlumat yayıb.

Mia.az dövlət şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin oktyabr ayında 113 min 101 ton dizel yanacağı və 19 min 966 ton təyyarə yanacağı ixrac edib. 

Ümumilikdə, 2014-cü ilin yanvar-oktyabr ayları ərzində 9 min 332 ton avtomobil benzini, 826 min 42 ton dizel yanacağı, 158 min 855 ton təyyarə yanacağı və 417 ton soba mazutu ixrac edilib. 

2014-cü ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 809,25 dollar, təyyarə yanacağının - 807,22 dollar, dizel yanacağının - 745,54 dollar, 1% kükürdlü mazutun qiyməti 490 dollar təşkil edib.