Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov noyabrın 3-də ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Dövlət Neft Fondunun bu ölkəyə investisiya yatırımı imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.