YAP icra katibi Əli Əhmədovun baş nazirin müavini, Mübariz Qurbanlının isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr gətirilməsindən sonra hakim partiyanın «ağırçəkili» fiqurlarının vəzifələrə transferinə ümid artsa da, bu, olmadı. Halbuki, YAP-çılarda böyük ümid yaranmışdır ki, bu proses dərinləşəcək onların yanı ilə xeyli partiya funksioneri vəzifələrə gətiriləcək.

 Bununla bağlı Mia.az-a verilən məlumata görə, hakim partiyadan Əli Əhmədovla Mübariz Qurbanlının təyinatından sonra iqtidar mənsubları YAP-çıların vəzifələrə aparılması arxa plana keçirilib: «Bu isə YAP-da daha çox Siyavuş Novruzovun tərəfdarlarını xəyal qırıqlığına uğradıb. Novruzovun tərəfdarları Mübariz Qurbanlının ardıycan onun da yüksək vəzifəyə aparılacağını gözləyirdilər. Lakin Siyavuş Novruzov haqqında irəli sürülən bir rəy onun tərəfdarlarını nəinki xəyal qırıqlığına uğradıb, həm ümidlərini puç edib». 

Həmin rəyin nədən ibarət olduğu haqda isə müsahib məlumat verməkdən imtina edib.