Lukaşenko Əbu-Dabidə şeyx Zaidin adını daşıyan Böyük Məscidi ziyarət edib. 


Belarus prezidenti Aleksandr Lukaşenko BƏƏ-nin birinci prezidenti Şeyx Zaid ben Sultan əl-Naxayan adını daşıyan məscidi ziyarət edib.  

Şeyx Zaidin adını daşıyan məscid dünyanın ən iri on məscidinin siyahısına daxildir. Məsciddə eyni zamanda 41 min adam yerləşir. Onun böyük namaz zalı 7 min adam üçün nəzərdə tutulub, zallardan biri isə xüsusi olaraq qadınlar üçün nəzərdə tutulub. Bu, yer üzərində dini etiqadından asılı olmayaraq hamı üçün açıq olan nadir məscidlərdən biridir(Oxu.az).