Azərbaycan prezidenti tərəfindən əfv olunan keçmiş "NİDA”-çı Yeni Azərbaycan Partiyasına (YAP) üzv olub.

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev apa-ya açıqlamasında bildirib ki, keçmiş "NİDA”-çı Elsəvər Mürsəlli ərizə ilə partiyanın Xaçmaz rayon şöbəsinə müraciət edib.

H. Paşayev qeyd edib ki, ərizəsi əsasında partiya sıralarına qəbul edilib.