Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutub.

Naxçıvanda "Araz Naxçıvan" klubu öz meydanında "Qəbələ"ni qəbul edib. Pavol Farkaşın matçın 21-ci dəqiqəsində vurduğu qol Qəbələ təmsilçisinə minimal hesablı qələbə qazandırıb. Paytaxt derbisində isə "Bakı" və "Neftçi" komandaları üz-üzə gəlib. Oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ötən turda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" klubu səfərdə "Sumqayıt"ın qonağı olub. Oyun Lənkəran təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. AZAL klubu isə evdə "Simurq"la qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fəqlənən komandalar oyundan 1 xalla ayrılıblar - 2:2.

Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçirilib. Burada "İnter" klubu Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb - 0:0. 


29 oktyabr

Azərbaycan Premyer Liqası, 10-cu tur

18:00. "İnter” – "Qarabağ” - 0:0 
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov
Bakı. "İnter Arena”

17:00. AZAL – "Simurq” - 2:2
Qollar: 
Samir Zərgərov, 15 (0:1), Rəşad Abdullayev, 56-pen (1:1), Eduardo Makiel, 79 (2:1), Əli Gökdəmir, 90+1 (2:2)  
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli
Bakı. "AZAL Arena”

14:00. "Araz Naxçıvan” – "Qəbələ” - 0:1
Qol:
 Pavol Farkaş, 21 (0:1)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
Naxçıvan Muxtar Respublika stadionu. 


14:00. "Bakı” – "Neftçi” - 1:3
Qollar:
 Julius Vobay, 38 (0:1), Nurlan Novruzov, 55 (1:1), Araz Abdullayev, 62 (1:2), Kaue de Silva, 85 (1:3)
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu.


16:00. "Sumqayıt” – "Xəzər Lənkəran” - 1:2
Qollar:
 Qabriel Fernando, 26 (0:1), Məhəmməd Qurbanov, 42 (1:1), Alfred Sankoh, 67 (1:2)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayt şəhər stadionu

Turnir cədvəli

  •   
  •   
NKlublarOQHMT-FX
1Qarabağ953114-818
2İnter1045120-417
3Neftçi95229-817
4Qəbələ1052311-1117
5Simurq1042415-1014
6Xəzər Lənkəran1042413-1014
7Sumqayıt1040612-1612
8AZAL92439-1310
9Bakı103168-2210
10Araz Naxçıvan91177-164