Gələn il, sentyabrın 20-də SOCAR Türkiyənin tikməkdə olduğu Petkim limanının açılışı olacaq. Türkiyənin 3-cü böyük limanı olacaq bu obyektin açılışına Azərbaycanın dövlət başçısının da qatılması gözlənilir.

ANS TV-nin məlumatına görə, limanla yanaşı SOCAR Türkiyədə "Star" Neftayırma zavodunun inşasını da davam etdirir.

SOCAR Türkiyə şirkətinin rəhbəri Kənan Yavuzun sözlərinə görə, hazırda işlərin yekunlaşmasın 39 ay qalıb: 

"2017-ci ilin sonunda işlər tamamlanacaq. İşlər tam olaraq proqrama uyğun bir şəkildə həyata keçirilir. 2018-ci ildə Türkiyədə SOCAR üçün çox böyük il olacaq. Çünki böyük investisiya qoyuluşu həmin il başa çatacaq. TANAP layihəsi 2018-ci ilə başa çatacaq. Nəticədə 2018-ci ildə SOCAR Türkiyənin ikinci ən böyük şirkəti olcaq”.