Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK-dan Mia.az-a daxil olan məlumata görə, əvvəlcə komissiyanın oktyabrın 20-də və 21-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib. Bundan sonra dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınıb.

İclasda, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.