Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İsraildə səfər edib.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavini Amir Kainin dəvətinə əsasən oktyabrın 26-dan bu ölkədə rəsmi səfərdədir.

İki gün davam edəcək səfər zamanı Azərbaycan-İsrail strateji tərəfdaşlıq maraqları çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasındakı münasibətlərin genişləndirilməsi planlaşdırılır.

Səfər çərçivəsində, o cümlədən cinayətkarlığın qloballaşdığı müasir dövrdə onun müxtəlif növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, daha da möhkəmləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.